Mətnin ölçüsü Plus Minus

Vitautas Landsberqes
Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlıqda, Litva və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafı, humanitar sahədə əməkaşlığın dərinləşməsində göstərdiyi xidmətlərinə görə Dövlət İdarəçilik Akademiyanın Elmi Şurası 6 aprel 2012-ci il tarixli iclasında Avropa Parlamentinin üzvü cənab Vitautas Landsberqesə Dövlət İdarəçilik Akademiyasının “Fəxri Doktoru” adının verilməsini barədə qərar qəbul edib. Vitautas Landsberqis bir sıra Avropa ölkələrinin yüksək dövlət mükafatları ilə təltif olunub, 30-dan artıq kitabın müəllifi olan V.Landsberqisin əsərləri bədii yaradıcılığı, publisistika və siyasi memuar məzmunu daşıdığından, bəşəri dəyərləri təbliğ edən əsərləri ilə Azərbaycan xalqına doğma olan cənab Landsberqisin siyasi publisistikasında «Azərbaycanın faciəsi» adlı məqaləsi və onun müstəqillik tariximizin qanlı səhifəsinə həsr olunması, onun şəxsiyyətini bizə daha da doğmalaşdırır. Onun xidmətlərini nəzərə alaraq Vitautas Landsberqisi istər ümumdemokratik hərəkatda, dövlət idarəçiliyini gətirdiyi yeni sistemə, istərsə də Azərbaycan-Litva əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərinə görə İdarəçilik Akademiyasının ilk “Fəxri Doktoru” adına məhz onun layiq görülməsini qeyd etmək lazımdır.




Printer