Mətnin ölçüsü Plus Minus

30 aprel 2009-cu il tarixində Azərbaycan respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu ilə “Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” proqramı çərçivəsində Akademiyanın İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzinin nəzdində “Gender və gənclərin reproduktiv hüquqları” sektorunun rəsmi açılış və birgə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilmişdir. Mərasimi giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, əməkdar elm xadimi, professor S.T.Qəndilov müasir zamanda gender problemi və gənclərin reproduktiv sağlamlığı məsələləri mühüm ictimai əhəmiyyət kəsb etdiyini, bu sahəyə xüsusi diqqət ayrılmasının vacib olduğunu və bu sahədə maarifləndirmə işinin aparılmasına ehtiyac duyulduğunu vurğulamışdır. Rektor maarifləndirmə işində təhsil müəssisələrinin rolunu və iştirakının vacibliyini xüsusi qeyd etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova bu sahəyə dövlət qayğısının olmasını bir daha qeyd etmiş və bu istiqamətdə birgə fəaliyyət göstərilməsinin əhəmiyyətini vurğulamışdır. BMT-nin Əhali Fondunun Cənubi Qafqaz Ölkələri üzrə direktoru cənab Pir Ziben belə bir əməkdaşlığın yaranmasından məmnun olduğunu və bu işin davamlı olacağının əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Sonda İdarəçilik Akademiyasının rektoru prof. S.T.Qəndilov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım H.Hüseynova və BMT-nin Əhali Fondunun Cənubi Qafqaz Ölkələri üzrə direktoru cənab Pir Ziben tərəfindən əməkdaşlıq haqqında müqavilə imzalanmış və İdarəçilik Akademiyasının İnsan Hüquqları, Demokratiya və Sülh Problemləri üzrə YUNESKO Mərkəzinin nəzdində “Gender və gənclərin reproduktiv hüquqları” sektorunun rəsmi açılış mərasimi olmuşdur. Tədbirdə Reproduktiv Sağlamlıq üzrə Milli Koordinator xanım Faizə Əliyeva, Avropa Parlamentlərarası Forumunun Baş katibi cənab Nil Datta, Hollandiya Parlamentinin üzvü, Hollandiya HİV/AIDS üzrə Parlamentlərarası qrupunun sədri xanım Çantal Gillard, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər və digər çoxsaylı qonaqlar iştirak etmişlər.




Printer