Mətnin ölçüsü Plus Minus

Dövlət İdarəçilik Akademiyası ilə Dövlət Sosial Müdafiə Fondu arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən akademiyanın tələbələri Dövlət Sosial Müdafiə Fondunda praktik biliklərini artırmaq imkanı əldə edəcəklər. “Dövlət Sosial müdafiə Fondu ilə əməkdaşlığın genişləndirilməsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan gənclərin təcrübi-praktik fəaliyyətləri üçün yeni imkanlar açacaq. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov ölkədə elm və təhsilin inkişafı, sosial innovasiyaların geniş tətbiqinə xüsusi önəm verildiyini, bu istiqamətdə səmərəli fəaliyyəti təmin etmək üçün yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyib. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb. Sosial sığorta və əmək pensiyası siyasətinə dair təkliflərin hazırlanması, bu siyasətin idarə edilməsində elmi yanaşmanın təmin edilməsinin əhəmiyyətli olduğunu deyib. Bu vəzifələri uğurla icra etmək üçün yüksək bilik və təcrübədən geniş istifadənin zəruriliyini vurğulayıb. Biliklərin idarəetmədə tətbiqi, qarşılıqlı mübadilə yolu ilə daha da səmərəli olması baxımından İdarəçilik Akademiyası ilə əlaqələrin genişləndirilməsinə maraqlı olduqlarını diqqətə çatdırıb. Daha sonra tərəflər arasında qarşılıqlı əmədakşlığa dair memorandum imzalanıb. Memorandumda birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masa, seminar və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması, analitik materiallaırn hazırlanması nəzərdə tutulub.




Printer