Mətnin ölçüsü Plus Minus

Elm, təhsil, elmi-tədqiqatlar sahəsində hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ölkəmizin, müxtəlif regionların və ümumilikdə dünya dövlətlərinin müxtəlif ali təhsil müəssisələri, habelə, ayrı ayrı şirkətlər, beynəlxalq təşkilatlar, dövlət qurumları, bələdiyyələr ilə əməkdaşlıq etmək, dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək, elm və texnologiyanı inkişaf etdirmək məqsədi ilə birgə iş görmək arzusunda olduğunu bəyan edir.
Qanun çərçivəsində elm, təhsil və elmi-tədqiqatlar sahəsində əməkdaşlığı genişləndirmək və təhsil sferasında qarşılıqlı əməkdaşlıq imkanlarından yaralanmaq Dövlət İdarəçilik Akademiyasının mühim prioritetlərindən biridir. Əməkdaşlıq üçün lazımi şərait yaratmaq, müxtəlif konteksdə komissiyalar, işçi qrupları təşkil etmək, elmi iclaslar, konfranslar, seminarlar keçirmək, müzakirələr aparmaq, təkliflər dinləmək və irəli sürmək, təcrübə və biliklərdən qarşılıqlı istifadə etmək məqsədi ilə Dövlət İdarəçilik Akademiyası hər cür faydalı təşəbbüslərə açıq olduğunu elan edir.




Printer