Mətnin ölçüsü Plus Minus

Bu sistem 1970-ci illərin ortalarında, Avropa nazirlər sovetinin təhsil sahəsində əməkdaşlıqla bağlı birinci proqram haqda qətnamənin qəbul etdiyi vaxtlarda yaradılıb.
Prosesin rəsmi başlanğıcı isə 1999-cu il iyunun 19-u hesab olunur. Həmin tarixdə Boloniya şəhərində 29 Avropa ölkəsinin təhsil nazirlərinin xüsusi konfransında “Avropa Ali təhsili məkanı” bəyannaməsi və ya Boloniya bəyannaməsi qəbul olunur. Boloniya sistemi digər ölkələr üçün də açıqdır. Sonralar hökumətlərarası görüşlər Praqada (2001), Berlində (2003), Bergendə (2005) və Londonda (2007) keçirilmişdir. Rusiya Boloniya sisteminə 2003-cü ildə, nazirlərin Berlin görüşündə qoşulub. Boloniya sisteminin əsas istiqamətlərinin həyata keçməsi üçün bir çox rus ali təhsil məktəbləri buraya cəlb edilib.
Ölkələr Boloniya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Bu zaman həmin ölkələr bəzi öhdəlikləri üzərilərinə götürürlər. Öhdəliklərdən bəzilərinin zaman məhdudiyyəti var: 2005-ci ildən Boloniya sisteminin iştirakçısı olan bütün ölkələrin məzunlarına havayı bakalavr və magistr diplomlarına olan yeganə əlavəni vermək
Azərbaycan Boloniya prosesinə 2005-ci ilin mayında qoşulub. Hazırda 26 ali məktəbdə (21-i dövlət, 5-i özəl) ayrı-ayrı ixtisaslar üzrə kredit sistemi tətbiq olunur. Bununla bağlı normativ-hüquqi sənədlər qəbul olunub. 2010-cu ilədək ölkənin bütün ali təhsil müəssisələrində bu sistemin bütövlükdə tətbiqi nəzərdə tutulurdu.
Boloniya prosesi aşağıdakı prinsipləri var:
Hamının başa düşdüyü və qəbul etdiyi təhsil dərəcələrinə (bakalavr, magistr) aparan sistemin yaranması.
Əsasən iki pilləli bakalavr (BA), magistr (MA) təhsil sisteminin tətbiqi.
Avropa Kredit Transfer Sisteminin (ildə 60 kredit yığmaq) tətbiqi.
Mobilliyin təmin olunması (məs.: Erasmus proqramı).
Təhsildə keyfiyyətin təmin olunması sahəsində Avropa ölkələrinin əməkdaşlığı.
Ali təhsildə Avropa modeli. (Bunlar 1999-cu ildə Boloniya Bəyannaməsində qəbul olundu).
Ali təhsilə ömür boyu yiyələnmək prinsipi.
Ali təhsil müəssisələrinin və tələbələrin rolunun cəmiyyətdə artırılması.
Avropa Ali Təhsil Məkanının dünyada maraq oyatması. (Bunlar Praqa konfransında (2001-ci il) əlavə edilmişdir)
Avropa Ali Təhsil Məkanının Avropa Elmi-Tədqiqat Məkanına inteqrasiyası, yəni 3-cü təhsil pilləsinin - Ph.D-nin Boloniya təhsil sistemi kimi qəbulu (Berlin, 2003-cü il)




Printer