Mətnin ölçüsü Plus Minus


AKADEMİK URXAN KAZIM OĞLU ƏLƏKBƏROV

 


Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 310 elmi əsərin, o cümlədən 30 kitab və dərsliklərin müəllifidir. O, Elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış ekspertdir və bir çox beynəlxalq təşkilatlarda o cümlədən BMT və YUNESCO-nun koordinatoru və müşaviri kimi çalışır. Davamlı inkişaf və ekoloji sivilizasiya naminə ətraf mühitin vahid sistem kimi idarəedilməsinə dair ABŞ-nın (Columbia University, Kansas University, Texas University, Lehigh University, Rutgers University, University of Michigan, Jackson State University, New York University, Mississippi Valley State University, Almaniya (Greiswald University), Türkiyə (Gadjitepe University, Chukurova University), İsveçrə (Stockholm University), Rusiya (Mockva Dövlət Universiteti), Gürcustan (Tbilisi State University, Georgian Agrarian Academy), İsrail (Tel Əviv Universiteti və s.) universitetlərində mühazirələr oxuyur və seminarlar keçirir.
Bununla yanaşı akademik Urxan Ələkbərovun məruzələri beynəlxalq təşkilatlarda Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu York); Dünya Bankı (Vaşinqton), BMTİP vasitəsi ilə (Azərbaycan, Böyük Britaniya, Norvec, Sloveniya, Rusiya, Fransa, Japoniya, Koreya, İtaliya, Yunanıstan, Almaniya və s.) ölkələrdə dinlənilir.
27 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilib.




Printer