Mətnin ölçüsü Plus Minus


Gənc idarəçi kadrların hazırlanması, ölkənin daxili və xarici iqtisadi fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını və işləmə mexanizmini tədris və tədqiq edən “İqtisadiyyatın dövlət tənzimlənməsi ” kafedrası da 1999-cu ildən fəaliyyət göstərir. Kafedrada azad bazar iqtisadiyyatı şəraitində dövlətin tənzimləyici rolunu, ölkənin iqtisadi siyasətinin əsaslarını, Neft strategiyasının mahiyyətini, xalqın maddi rifahını yüksəltmək istiqamətində həyata keçirilən dövlətin sosial, büdcə-vergi, valyuta, pul-kredit, iqtisadi təhlükəsizlik dünya təsərrüfat sisteminə inteqrasiya, xarici investisiyaları milli iqtisadiyyata cəlb etmək yolları və dövlət idarəçiliyinin digər iqtisadi aspektlərini əks etdirən mövzular tədris olunur. Kafedrada 18 adda fənn tədris olunur ki, bunlar tədrisin bakalavr, magistratura, əlavə ali təhsil pillələrində və həmçinin “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsində keçirilir. Akademiyanın idarəçilik təmayülünə və rəhbər kadrların ixtisaslaşmasına uyğun olaraq kafedranın tədris planına qloballaşma şəraitində bazar iqtisadiyyatının dövlət tənzimlənməsini əks etdirən fənlər daxil edilmişdir. Bunlar: “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “İqtisadi təhlükəsizlik”, “Dövlətin valyuta siyasəti”, “Dövlətin investisiya siyasəti”, “Beynəlxalq iqtisadi münasibətlər”, “İqtisadi nəzəriyyə”, “Maliyyə kredit və bank işi”, “Dövlət və bələdiyyə maliyyəsi”, “Dünya iqtisadiyyatı”, “Milli iqtisadiyyat”, “Büdcənin idarə olunması”, “Əmək bazarının dövlət tənzimlənməsi”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Dövlət sahibkarlığının əsasları”, “Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi”, “Dövlət siyasətinin iqtisadi təhlili”, “Mühasibat uçotu və audit” və sair kimi fənlərdir.




Printer