18.11.2013,
Mətnin ölçüsü Plus Minus
18

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, YAP Səbail rayon təşkilatının sədri prof. Zahid Qaralov, YAP ərazi təşkilatının sədri Tahir Bədəlov, YAP ərazi təşkilatı idarə heyyətini üzvləri Roza Əliyeva, Nihad Mahmudlı və digərləri Azərbaycanın dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığını bir dövrdə xalqın öz xilaskarı ulu öndər Heydər Əliyevə üz tutduğunu diqqətə çatdırmışdır. Tədbirdə qeyd edilmişdir ki, YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidini möhkəmləndirdi. Bu gün ölkənin ən böyük və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır və gənc nəsil partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir. Onlar əminliklə vurğulamışlar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da yeni-yeni uğurlara imza ataraq, öz gücünü və qüdrətini nümayiş etdirəcəkdir. Daha sonra Yeni Azərbaycan Partiyasına həsr edilmiş video klip nümayiş etdirilmişdir.






Printer