18.11.2013,
Mətnin ölçüsü Plus Minus
17

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın müasir aqrar siyasəti”, “Azərbaycan Respublikasında elektron idarəetmədə geoməkan məlumatların istifadəsi”, “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqamətləri üzrə ixtisasartırma kursları başlanmışdır. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur. Kursaların istiqamətinin əsas məqsədi dövlət qulluğu sistemində çalışan kadrların ixtisasının artırılması, yeni biliklərin verilməsi, qeyd edilən istiqamətlər üzrə dövlətin həyata keçirdiyi siyasətin elmi əsaslandırılması, dövlət qulluqçuları ilə fikir mübadiləsinin aparılması və.s kimi məqsədləri ehtiva edir. Kursların ilk dərsini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Aqrar Siyasət Məsələləri Şöbəsi”nin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova aparmışlar. Kursun proqramının əhatə etdiyi mövzular geniş eyni zamanda yeni biliklərin əhatə edilməsi ilə səciyyələnir. Kurslarda müvafiq dövlət müəssisələrinin məsul əməkdaşları, yerli və beynəlxalq ekspertlər, millət vəkilləri, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri və digər mütəxəsislərin yeni mövzularda mühazirələrinin dinlənilməsi nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən ixtisasartırma kursların sonunda dinləyicilərə vəsiqələr təqdim ediləcəkdir.












Printer