14.11.2013,
Mətnin ölçüsü Plus Minus
16

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Dövlətçiliyinin Hüquqi Əsasları və İnzibati İslahatlar”, ”Dövlətin Sosial Siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri”, ”Azərbaycan Respublikasında Gənclər Siyasəti” və “Elektron hökümət” istiqamətləri üzrəqısamüddətli ixtisasartırma kursları keçilirmişdir. Kurslara Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur. “Azərbaycan Dövlətçiliyinin Hüquqi Əsasları və İnzibati İslahatlar” istiqamətinin əsas məqsədi - Vətəndaş və hüquqi dövlət: anlayış, əsas prinsiplər və başlıca problemlər, Beynəlxalq insan hüquqları konsepsiyası və onun Azərbaycan Respublikasının qanunvericiliyində əksi, Davamlı insan inkişafının planlaşdırılması və idarə olunması, Siyasi partiyaların hüquqi statusu və s.problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda qeyd olunan kurslarla yanaşı -”Dövlətin Sosial Siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri”, ”Azərbaycan Respublikasında Gənclər Siyasəti” və “Elektron Hökümət”- istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursları keçirilmişdir. Kursların əsas məqsədləri, AR siğorta-pensiya sisteminin inkişaf perspektivləri, AR həyata keçirilən siğorta-pensiya islahatları, Müassir Azərbaycanda sosial siyasətinin formalaşması və bu sahədə aktual məsələləri , Azərbaycan Dövlətinin gənclər siyasətinin başlıca istiqamətləri, Gənclər davamlı inkişafın təminatçısı kimi, Dövlət qulluqçusu yeni informasiya məkanda, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, Elektron hökümətin normativ-hüquqi təminatı, və s.problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılmasıdır. Kurs ərzində Dövlət İdarəçilik Akademiyasının rektoru akademik U.Ələkbərov, AR MM Apparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, AR MM Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, AR Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Suleymanov və digərləri müxtəlif mövzularda mühazirələri dinlənilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmiş və dinləyicilərə sertifikatlar təqdim edilmişdir.






Printer