12.11.2013,
Mətnin ölçüsü Plus Minus
15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda yer alan "Queen Mary University of London" universitetinin nümayəndələri ilə DİA tələbələrinin görüşü keçirilmişdir. Görüşdə "Queen Mary University of London" universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Jack William Duffin iştirak etmişdir. Görüşdə İngiltərənin məşhur universitetlərindən olan bu universitet haqqında tələbələrə ətraflı məlumat verilmiş, bakalavr , magistr dərəcələri üzrə qəbul qaydaları və təqaüd proqramları haqqında danışılmışdır. Sonda tələbələrin sualları cavablandırılmışdır.




Printer