12.11.2013,
Mətnin ölçüsü Plus Minus
14

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gənclər Fondunun yeni elan olunmuş qrant layihəsinin təqdimat mərasimi keçirmişdir. Tədbirdə Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev çıxış edərək, dövlət gənclər siyasətinin əhəmiyyətindən, gənclərə olan diqqət və qayğını qeyd etmişdir. O, Gənclər Fondunun gənclərin innovative ideyalarına dəstəyinin onların şəxsi inkişafında nə qədər əhəmiyyətli olduğunu, onun zərurəti və önəmi haqqında danışmışdır. O, bu dəstəyi təqdirəlayiq hal kimi qiymətləndirərək , fondun işinə uğurlar arzulamışdır. Daha sonra Fondun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək fond haqqında tələbələri ətraflı məlumatlandırmış, təqdimatı diskussiya şəklində davam etdirmişdir. O qeyd etmişdir ki, gənclərin və tələblərin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə davamlı olaraq keçirilən 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığın artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Sonda tələbələrin böyük marağına səbəb olan təqdimatda gənclərin sualları cavablandırılmışdır.




Printer