08.11.2013,
Mətnin ölçüsü Plus Minus
13

8 noyabr 2013-ci ildə Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilmişdir. Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu xidmətləri, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısı, Azərbaycan prezidentinin sərəncamı ilə məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının xüsusi əhəmiyyəti vardır. Bayraq hər bir dövlətin müstəqilliyini, millətin kimliyini və mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi bir qürur mənbəyi olduğunu qiymələndirən Dövlət İdarəçilik Akademiyasının kollektivi ilk dərs saatlarını dövlət himninin səslənməsi ilə başladı. Akademiyanın hər guşəsində Azərbaycan bayraqları dalğalanırdı. Bu təhsil ocağında dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc kardların dövlət atributlarının qorunması və təbliğində daha fəal olmaları diqqətə layiqdir. Azərbaycan bayrağının, bayraq meydanının Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramının bir qürur simvolu olduğu, millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən evladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə etmək gənclərimiz üçün olduqca əhəmiyyətlidir. Tədbirdə çıxəş edən akademiyanın prorektoru, prof. Əlikram Abdullayev, “Dövlət idarəçiliyinin hüquqi tənzimlənməsi kafedrasının” müdiri dos, Oruc Məmmədov və digərləri günün qeyd edilməsinin əhəmiyyətindən danışdılar. Daha sonra İnzibati idarəetmə fakultəsinin II kurs tələbəsi Fərhad Əlizadənin bayraq haqqında xüsusi hazırlanmış video slaydı nümayiş etdirildi. Daha sonra Dövlət İdarəçilik Akademiyasının fəal tələbələrinin iştirakı ilə “Dövlət Bayrağı meydanı”na və muzeyinə ekskursiya təşkil edildi.








Printer